January17 , 2026

Hamının üzü eyni olanda, heç kimin üzü qalmır

Читайте также

Южный Кавказ и Иран: Намазов оценивает ключевые риски 2026 года

Вести Баку Политолог Эльдар Намазов считает, что в начале 2026...

Водитель автобуса Баку Гянджа во время движения играл на телефоне- ВИДЕО

Вести Баку В редакцию Patrul.az поступили видеозаписи, вызвавшие серьёзную обеспокоенность. По...

Заказала из-за границы, заплатила вдвое: скандал с доставкой

Вести Баку Жительница Баку заявила, что не может получить заказанные...

Когда клиент перестаёт быть прав: где грань между требованием и давлением

Вести Баку Фраза «клиент всегда прав» давно стала негласным правилом...

Банковская ловушка с поручителями: что скрывают договоры по кредитам

Вести Баку При оформлении кредита банки в Азербайджане нередко требуют...

Гвоздики из Эфиопии: как Азербайджан потерял собственное производство

Вести Баку Экономист Натиг Джафарли обратил внимание на показательный...

Имя, которое мешает жить: зачем люди меняют имена в Азербайджане

Вести Баку В Азербайджане всё больше людей решаются на смену...

«Непристойно одетых и ругающихся – под арест!» – опрос на улицах Баку

Вести Баку В Азербайджане вступили в силу новые ограничения на...

Иран входит в фазу нестабильности – Фархад Мамедов

Вести Баку Протесты в Иране стали следствием глубокого кризиса системы...

Парфюм – интимная вещь: Бахрам Багирзаде о культуре

Вести Баку Заслуженный артист Азербайджана Бахрам Багирзаде поделился размышлениями о...

«Высокооктановая дипломатия»: что стоит за поставками топлива в Армению

Вести Баку На YouTube-канале Press Club вышла первая программа нового...

Иран, Россия и «глобальный Юг»: почему старая схема больше не работает

Вести Баку В эфире YouTube-канала Press Club экономист и политический...

Почему ставка на войну против Ирана оказалась ошибкой

Вести Баку Сегодня разговор об Иране уже нельзя вести в...

Ценники-ловушки: почему на рынках платят больше, чем ожидают

Вести Баку Одним из ключевых принципов рыночной экономики считается прозрачность,...

Телефон, SMS, “банк”: пожилых массово разводят на деньги

Вести Баку В последнее время в Азербайджане фиксируется рост случаев...

Подорожает ли стройка? В Азербайджане ввели доппошлины на стройматериалы

Вести Баку С этого года в Азербайджане начала действовать временная...

Сахарный диабет всё чаще выявляют у детей: врачи бьют тревогу

Вести Баку В последнее время врачи всё чаще фиксируют случаи...

Вода из-под крана под видом «родниковой»: эксперт о серой схеме в Баку

Вести Баку В социальных сетях всё чаще появляются «тесты» бутилированной...

Кто имеет право на выплаты после смерти гражданина – объясняет DSMF

Вести Баку Председатель Государственного фонда социальной защиты населения (DSMF) Зека...

Фейковые сайты «социальной помощи»: мошенники крадут данные граждан

Вести Баку В Азербайджане выявлены поддельные сайты, через которые злоумышленники...

В семи районах Баку планируются сносы жилых зданий

Вести Баку В Баку готовится масштабная программа сноса аварийных и...

Можно ли получить кредит без официального дохода: что говорят эксперты

Вести Баку В Азербайджане тысячи людей имеют фактический доход, но...

«Запретный роман» в Забрате: убийство мужа и роль любовника

Вести Баку В Бакинском суде по тяжким преступлениям состоялось очередное...

Клевета в соцсетях: спасает ли фраза «говорят, что…» от ответственности?

Вести Баку Распространение необоснованных и недостоверных сведений о человеке всё...

Share

Vesti Baku

Son illər Bakıda sakit, amma təhlükəli bir proses gedir. Bu proses nə qanunla təsdiqlənib, nə də rəsmi olaraq elan olunub. Amma küçədə, kafedə, toyda, sosial şəbəkələrdə açıq-aydın görünür: üzlər eyniləşir.

Eyni burun forması.

Eyni çənə xətti.

Eyni yanaq dolğunluğu.

Eyni dodaq.

Eyni mimika.

Şəhər sanki fərqli insanlarla yox, bir üzün müxtəlif nüsxələri ilə doludur. Bu artıq estetik zövq məsələsi deyil. Bu, fərdi seçim də deyil. Bu, kütləvi uyğunlaşmadır.

Bir vaxtlar qadının üzü onun hekayəsi idi. Üzündə yaşadığı həyat, keçdiyi yol, gördüyü ağrılar və qazandığı güc oxunurdu.Üz cizgiləri ilə insanın xarakteri müəyyən olunurdu.

İndi isə üz quruluşu getdikcə CV formatına çevrilir – standartlaşdırılır ki, sistemdən və senzuradan “keçsin”.

Paradoks var – Fərqli üz risk yaradır. Standart üz isə təhlükəsiz sayılır. Əfsuslar olsun ki, bu, açıq deyilməyən, amma hamının bildiyi bir razılaşmadır.

Danışılanla seçilən arasındakı uçurum

İctimai müzakirələrdə tez-tez eyni fikirləri eşidirik: “Hamısı bir-birinə oxşayıb”, “Plastik üzdən bezmişik”. Amma real seçim anı gələndə – münasibətdə, evlilikdə, sosial statusda – yenə həmin “standart” üz qalib gəlir.

İstər millət vəkili olsun, istər xalq artisti, istərsə də orta statistik azərbaycanlı xanım hər kəsin bir dərdi var – eyni üz cizgilərinə sahib olmaq… və ya tərsinə olmamaq qorxusu..

Bu paradoksun yükünü isə əksərən qadınlar daşıyır, kişilər də az deyil…

Burada hiss və istək yoxdur. Burada hesablanmış uyğunlaşma var. Sistem qadına açıq mesaj verir: fərqli olma, sual yaratma, təhlükəsiz görün – sanki barbie kuklası kimi..

Maraqlısı budur ki, artıq barbie kukları belə eyni standartlara uyğun istehsal olunmur, fərqlilik və principal mövqe  ortaya qoyulur. (həkim, müəllim və digər peşə sahibləri olan gəlinciklər də mövcuddur)

Üz artıq gözəllik yox, resursdur.

Bugünkü reallıqda bir çox qadın üçün üz estetik kateqoriya deyil. Üz resursdur. İmkan açan, etiraz olunmayan, münasibətləri asanlaşdıran bir mexanizmdir.

Əgər:

  • təhsil sosial lift rolunu itiribsə,
  • peşə uzunmüddətli təhlükəsizlik vermirsə,
  • sistem məzmunu yox, görüntünü mükafatlandırırsa,

onda üz və görüntü “işləməyə” başlayır. Bunu demək ayıb deyil. Bu, sosial reallıqdır. Əslində bu özü seksizmin də əsasını təşkil edir, hansıki bizim cəmiyyətdə faciəvi şəkildə yayılıb…

Standart üzlə:

  • daha tez qəbul olunursan,
  • daha az sual verirlər,
  • daha az risk daşıyırsan.

Belə mühitdə fərdilik lüksə çevrilir. Lüks isə hamı üçün deyil və alçatan deyil.

Gənc qızlar sistemi tez qavrayır

Ən narahatedici məqam budur: gənc qızlar bu mexanizmi çox tez anlayır. Hansı üzlərin diqqət topladığını, hansının imkan yaratdığını erkən yaşda müşahidə edirlər. Təkrar edirəm tələbat bunu tələb edir – eyni üzlü kuklalar yaransın, fərqlilik və təbii gözəllik yox olsun.

Bəzən insan hələ kim olduğunu bilməmiş, üzünü dəyişməyə qərar verir.

Sonra cəmiyyət təəccüblənir: “Niyə hamı eyni olub?”

Çünki fərqli olmaq bahalıdır.

Çünki sistem eynini mükafatlandırır.

Çünki bazar orijinallıq yox, təhlükəsiz məhsul istəyir.

Plastik cərrahiyyə: estetik yox, institusional problem

Bu nöqtədə plastik cərrahiyyəni sadəcə dəb və zövq müzakirəsi kimi təqdim etmək məsuliyyətsizlikdir. Çünki Azərbaycanda bu sahə uzun müddətdir ki, nəzarətsiz risk zonasına çevrilib. Son illər hamının qulağına çatan, amma tezliklə unudulan hadisələr oldu.

“Sadə prosedur” kimi təqdim olunan əməliyyatlardan sonra ağırlaşmalar, gecikmiş tibbi müdaxilə, bəzən isə geri dönüşü olmayan faciələr. Bu hadisələr bir neçə gün müzakirə olunur, sonra sükut çökür. Nə sistemli araşdırma aparılır, nə də real məsuliyyət mexanizmi işə düşür.

Estetik əməliyyatın ölüm riski daşıdığı ölkədə problem fərdi seçim deyil. Bu, tibbi etik nəzarətin, hüquqi mexanizmlərin və ictimai tələb mədəniyyətinin iflasıdır.

Burada məsələ təkcə həkimlərin peşəkarlığında deyil. Məsələ sistemin özü ilə bağlıdır – sertifikatlaşdırmadan tutmuş real nəzarətə qədər.

Günah vitrinlərdə deyil

Sosial şəbəkələri günahlandırmaq asandır. Klinikaları hədəf göstərmək də. Amma bunlar sadəcə vitrinlərdir.

Əsl problem dərindədir: qadını hələ də ilk növbədə üzü ilə qiymətləndirən cəmiyyətdə üzlərin eyniləşməsi qaçılmazdır.

Burada nə güzgünü qırmaq kömək edər, nə də bütün məsuliyyəti bir tərəfin üzərinə atmaq.

Son sual

Sual sadədir, amma cavabı ağırdır:

Biz doğrudanmı hamının eyni olmasını istəyirik?

Yoxsa sadəcə fərqli olana yaşamaq, səhv etmək, mövcud olmaq haqqı vermirik?

Əgər ikinci cavab daha doğrudursa, problem üzlərdə deyil.

Problem bizi bu üzlərə məcbur edən cəmiyyətdədir, hər şeyin kökündə stereotiplərin qurbanı olan cəmiyyət durur…

Və bu sistem bəzən yalnız fərdiliyi yox, insan həyatını da itirir.